Almaniya Yeni il hədiyyəsi olaraq pulsuz enerji verir

31-12-2016 / 21:07

Məlum olduğu kimi, Almaniya alternativ enerji sahəsində külək enerjisindən ən yaxşı və daha çox istifadə edən ölkələrdən biridir.

Xəbər verdiyimiz kimi, ölkədə bəzi vaxt vaxt əldə edilən enerji o qədər çox olur ki, bu enerji şəbəkəyə göndərildiyində xalqa pulsuz elektrik verəcək səviyyəyə gəlir.

Almaniyada bu vəziyyət Milad və Yeni il  vaxtı daha çox yaranır. Qeyd edək ki, bunun yeganə səbəbi külək enerjisindən əldə edilən enerjinin artması deyil. Belə ki, Milad tətilində ailələrini ziyarətə gedən vətəndaşlar, zavodların işləməməsi, bundan əlavə, bu ilin digər illərlə müqayisədə daha da isti keçməsi də enerjinin əldə qalmasına səbəb olub.

Vəziyyət belə olanda da tətil dövründə istehsal olunan  enerji istifadə ediləndən çox olduğu üçün hökumət bu enerjinin xalqa verilməsində endirim edib.

Xeberler.az Bloomberg-in xəbərinə istinadən bildirir ki,  pulsuz elektrik verilməsinin bir səbəbi də külək enerjisindən əldə edilən enerjini idarə etməyin hər zaman asan olmamasıdır. Ona görə də istifadəçiləri bu enerjidən istifadə etməyə cəlb etmək üçün endirim etmək lazımdır ki, yığılan enerji şəbəkədən çıxarılsın. Əks təqdirdə istehsalçılar stansiyaları bir müddət bağlamaq məcburiyyətində qala bilər.

Qeyd edək ki, Almaniyada bu vəziyyət son 4 ildir yaşanır.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə