“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək

21-09-2016 / 13:36

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Multimedia Mərkəzi-nin tərəfdaşlığı ilə “Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında enerji və alternativ enerji mənbələrinin, informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və genişləndirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi qarşıda duran əsas amillərdən biri kimi qeyd olunur.

"Alternativ gələcəklə əlaqə" layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, Azərbaycan mətbuatında davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, araşdırma yazıların dərc olunmasından ibarətdir.

Qeyd edək ki, layihə əsasən media işçilərinin iştirakı üçün nəzərdə tutulub.

 

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə