“Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb-Foto

06-10-2016 / 12:00

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi ilə “Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb.

Bu barədə Xeberler.az-a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Layihənin bağlanış mərasimində Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, “Ömürboyu təhsil” fakültəsinin dekanı Rəna Mustafayeva iştirak ediblər.

Layihədəki iştirakını uğurla başa vurmuş jurnalist və tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin üçüncü günündə Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Dövlət Agentliyinin quraşdırdığı və idarə etdiyi Suraxanı Günəş Elektrik Stansiyasına iştirakçıların səfəri təşkil olunub. İştirakçılara stansiyanın gördüyü işlər və ümumi günəş panellərindən alınan enerji haqqında təlimçilər tərəfindən məlumatlar verilərək gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr təqdim olunub.

 “Alternativ gələcəklə əlaqə'' layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, kütləvi informasiya vasitələrində davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, tədqiqat yazılarının dərc olunmasına kömək göstərməkdir.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə