Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

14-07-2018 / 12:15

Cari ilin yanvar-iyun aylarında ölkədə 11 milyard 338,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib və ondan əmtəəlik 10 milyard 918,3 milyon kilovat-saat elektrik enerjisi alınıb.

Xeberler.az AZƏRTAC-a istinadən bildirir ki, ilin birinci yarısında istilik elektrik stansiyalarının elektrik enerjisi istehsalı 9 milyard 905,1 milyon kilovat-saat, su elektrik stansiyalarının istehsalı isə 986,1 milyon kilovat-saat olub.

Qeyd edək ki, yarım ildə elektrik avadanlıqlarının istehsalı 84,1 faiz çoxalıb. Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 4,1 dəfə, elektrik paylayıcı və nəzərət cihazlarının hissələrinin istehsalı isə 2,7 dəfə artıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə