Amazon ən incə Kindle-nı satışa çıxardı

13-04-2016 / 21:20

Amazon maraqla gözlənilən yeni elektron kitab oxuyucusu Kindle Oasis-i təqdim edib.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, bu günə qədər ən yaxşı e-kitab oxuyucusu olaraq qiymətləndirilən Kindle Oasis  sadəliyi və daha yüksək texniki özləllikləri ilə diqqət çəkir.

Qeyd edək ki, yeni Kindle bu gündən rtibarən290  dollara satışa çıxarılıb .

Bu yeni Kindle əvvəlki modellərə nisbətən 69 dollar bahadır.

Oasis indiyə qədər yaradılan ən incə Kindle-dir. Belə ki, 3.4 mm qalınlığındakı cihaz yalnız 130 qram ağırlığındadır.

Oasis sələflərinə nisbətən 60 faiz  daha çox LED işıqlandırma ehtiva edir.

Kindle üzərindəki dəri örtüklə enerji yığır. Dəri örtüklər  isə 3 rəngdə (qırmızı, qara və qəhvəyi)  təqdim edilib.

Kindle müstəqil formada istifadə edilikdə öncə dəri örtükdən enerji alır.

Hazırda Kindle Oasis Amazon-un bütün e-kitab oxuyucularından daha bahalıdır.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə