Amazon kassirsiz işləyən 3 min mağaza açmağı planlaşdırır

20-09-2018 / 16:55

“Bloomberg” agentliyinin məlumatına görə, “Amazon” şirkəti 2021-ci ilədək kassasız, satıcısız və növbəsiz şəkildə işləyən 3000-dək avtomatlaşdırılmış supermarket istifadəyə verməyi planlaşdırır. Şirkət 2016-cı ilin sonunda Siyetldə “Go” adlı ilk avtomatlaşdırılmış supermarketini açıb. 1 ay əvvəl Siyetldə ikinci belə supermarket istifadəyə verilib. Üçüncü belə mağaza ötən həftə Çikaqoda açılıb.
 
Xeberler.az  xarici mediaya istinadən yazır ki, belə mağazadan istifadə etmək üçün alıcı öz mobil qurğusuna mobil tətbiq quraşdıraraq cihazı supermarketin girişində quraşdırılmış oxuducu qurğuya yaxınlaşdırmalıdır.

Daha sonra məhsulu seçərək zənbilə qoymaq olar. Mağazada qurulmuş “ağıllı” sensor və skanerlər sistemi məhsul və onun qiymətini müəyyənləşdirəcək. Mağazadan çıxarkən zənbilə əlavə edilmiş məhsulların yekun qiyməti alıcının hesabından avtomatik çıxılacaq. Hansısa məhsulu geri qaytarmaq üçün onu, sadəcə, öz yerinə qoymaq lazımdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə