Amazon kitab mağazası açır

05-11-2015 / 10:02

Amazon internet şirkəti Vaşinqton ştatının Siyetl şəhərində Amazon Books adlı ilk pərakəndə kitab mağazasını açacaq.

Xeberler.az-ın arici mətbuata istinadən məlumatına görə, mağazada amazon.com müştərilərinin qiymətləndirmələrinə əsasən seçilmiş kitablar təqdim ediləcək. Həmçinin satış reytinqi, ilkin sifarişlərin sayı, tənqidi rəylər nəzərə alınacaq.
 
Amazon Books mağazasında kitabların qiyməti saytdakı qiymətlərdən fərqlənməyəcək.

Mağazada kitablardan başqa Amazon tərəfindən hazırlanmış cihazlar Kindle elektron kitab qurğusu, Fire TV, Fire Tablet planşetləri də satışda olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə