Amazon-la qazan təlimlərinə start verilib

25-10-2018 / 10:19

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portal Baku E- Commerce Academy ilə birlikdə “Amazon-la qazan” təlimlərinə start verib.

Xeberler.az  bildirir ki, təlim kurslarında iştirakçılara Amazon portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, Alibaba və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların Amazon-un anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkalarından istifadə, beynəlxalq loqistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədiləcəck. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya Amazon hesabı və ABŞ bank hesabı açılacaq, plastik kartlar təqdim ediləcək.  

Təlimin əsas aparıcısı, Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir. Z.Qardaşovun sözlərinə görə, bu tipli təlimləri uğurla başa vurmuş insanlar hazırda rəqabətədavamlı sabit gəlir əldə edirlər.

Qeyd edək ki, təlimi uğurla başa vurmuş şəxslər 2 fərqli fəaliyyət istiqaməti üzrə iş imkanı əldə edəcəklər:

- yatırım edərək əldə olunan bilik və bacarıqları müstəqil şəkildə tətbiq etmək,

- “Baku E- Commerce Academy” komandasına qoşularaq birgə fəliyyət
göstərmək.

Treninqdə digər təlimçilər Azexport.az portalının meneceri Ayxan Qədəşov, müstəqil ekspertlər Fərid Baratzadə və Nihad Qurbanovdur. Noyabrın 1-dən etibarən 3 ay müddətində davam edəcək təlimin yekunlarına uyğun olaraq, iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sertifikatını əldə edəcəklər.

Nəzərinizə çatdıraq ki, təlimdə iştirakçı sayı məhduddur. 01.01.2018-ci il tarixinə qədər Azexport.az portalında qeydiyyatdan keçmiş və məhsullarını portala yerləşdirmiş şirkət nümayəndələrinə təlim ödənişsizdir. Təlimdə iştirak etmək istəyənlər Azexport portalının meneceri Ayxan Qədəşova müraciət edə bilərlər. (Tel: 521 34 94: 050 295 86 87)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə