Amazon yeni sosial şəbəkə istifadəyə verib

20-07-2017 / 15:50

Amazon şirkəti məşhur internet mağazasında alış-veriş edilməsi üçün nəzərdə tutulan Spark sosial şəbəkəsini istifadəyə verib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat  verir ki, şəbəkədən iOS əməliyyat sistemli qurğular üçün yenilənmiş Amazon proqramından istifadə etmək mümkündür.

Amazon mağazasında qeydiyyatdan keçən istifadəçilər bir-biri ilə məhsulların təsvirlərini, onlara verilən rəyləri bölüşə, alışı müzakirə və müqayisə edə biləcəklər.

Şirkətin saytında qeyd olunur ki, Amazon Spark əşyaları və sizin maraqları bölüşən insanları tapmağa imkan verən məkandır.

Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün Amazon Spark əlavəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.  

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə