AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018 / 12:55

Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimlərinin və Kənd Təsərrüfatı Nazirliyindən məsul nümyəndələrin iştrakı ilə birgə iclas keçirilib. 

Xeberler.az bildirir ki, məqsəd elektron kənd təsərrüfatının yaradılmasında müasir elmi yanaşmalardan istifadə potensialı və perspektivlərin müzakirəsidir.

İclası AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev açaraq, aqrar sahənin inkişafında elmi təminatın rolundan danışıb. Qeyd edib ki, bu baxımdan torpaq tədqiqatlarının ən müasir standartlara uyğun aparılması və beynəlxalq elm məkanına inteqrasiyanın əhəmiyyəti böyükdür. Akademik onu da bildirib ki, hazırda respublikamızda aqrar sektorun inkişafına göstərilən diqqət fonunda aqrar elmə tələbat artıb: “AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Bu baxımdan müasir torpaqşünaslıqda qlobal trendlərə həsr olunmuş təqdimatlar elmi və praktiki  baxımdan olduqca əhəmiyyətlidir”.

Sonra AMEA-nın müxbir üzvü Amin İsmayılov Azərbaycan torpaqşünaslığının beynəlxalq   inteqrasiya  prosesində MDU-nun  alimləri ilə birgə fəaliyyətə dair mövzuda çıxış edib. Alim torpaqşünaslıq elmində beynəlxalq torpaq-coğrafi məkana inteqrasiya problemlərindən və bu istiqamətdə görülən işlərdən bəhs edib.

M.V.Lomonosov adına MDU-nun, Ərzaq təhlükəsizliyi üzrə Avrasiya Mərkəzinin və Data Mərkəzinin nümayəndələri, professor İrina Alyabina və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından ekspert Oleq Qolozubov “Torpaq-coğrafi Verilənlər Bazası. Torpaq Data Mərkəzləri: Rusiya və postsovet məkanında həyata keçirilmə təcrübəsi. (Global Trend in Modern Soil Sciences)” mövzusunda  təqdimatla çıxış ediblər. Təqdimatda adıçəkilən mərkəzlərin fəaliyyəti, eləcə də onların iştirak etdikləri beynəlxalq layihələr haqqında məlumat verilib. AMEA ilə elmi əməkdaşlıq imkanlarından danışılıb.

Daha sonra Kənd təsərrüfatı nazirinin müşaviri aqrar elmlər üzrə fəlsəfə doktoru İlham Bayramov “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində aqrar elmin rolu” və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq perspektivləri” mövzularında çıxış ediblər.

İclasda ərzaq təhlükəsizliyi, torpaq tədqiqatlarında standartlar, harmonizasiya və s mövzularda fikir mübadiləsi aparılıb. Aqrar elmlərin inkişafı sahəsində qarşılıqlı təcrübə mübadiləsi, məsləhətləşmələr, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi, habelə sözügedən sahədə elmi və və elmi-təşkilati fəaliyyəti zamanı tərəflərin qarşılıqlı dəstək göstərməsi məsələləri müzakirə edilib.

      


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.