AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015 / 17:52

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin (RH) bugünkü iclasında akademiyanın www.science.az veb-portalının yeni versiyasının istifadəyə verilməsi haqqında məruzə dinlənilib.

 Bu barədə danışan akademik Rasim Əliquliyev bildirib ki, AMEA-nın rəsmi veb-portalı www.ab.az adı altında 1995-ci ildə yaradılıb. Onun sözlərinə görə, 2013-cü ilin iyulun 3-də AMEA RH tərəfindən təsdiq edilən məsələlər sırasında portalın yeni versiyasının yaradılması da yer alıb: “Özündə 15 minə yaxın səhifəni Azərbaycan, rus və ingilis dillərində əks etdirən www.science.az meqaportalı AMEA Rəyasət Heyəti  aparatı, akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu və fəaliyyəti, akademiyanın sabiq prezidentləri və fəxri üzvlərini və digər lazımi məlumatları özündə əks etdirib”.

 R.Əliquliyev xatırladıb ki, portala 2014-cü ildə 1,5 milyona yaxın müraciət qeydə alınıb.

 Sonda RH-nin qərarı ilə portalın yeni versiyasının hazırlanması AMEA RH aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırma idarəsinə həvalə edilib. ( apa.az )


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə