AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015 / 19:33

Ötən həftə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun lokal kompüter şəbəkəsi yenidən qurularaq fiber-optik kabel vasitəsilə AzScienceNet elm-kompüter şəbəkəsinə qoşulub. İnstitutun əməkdaşları AzScienceNet-in imkanları və xidmətlərindən (Eduroam, Cloud Computing, Hosting, e-mail və s.) istifadə etməklə yüksəksürətli İnternetə çıxış ilə təmin olunub.

Xeberler.az məlumat verir ki, yaxın zamanda AMEA Naxçıvan Bölməsi, Şəki, Lənkəran və Quba Regional Elm Mərkəzlərinin lokal kompüter şəbəkə infrastrukturunun yenidən qurulması nəzərdə tutulur.

Qeyd edək ki, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet şəbəkəsinin texniki imkanlarının artırılmasından sonra İnternetə çıxış sürəti 270 Mbit/san-ə çatdırılıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə