AMEA YTP-da yeni istehsal müəssisələri yaradılır

12-02-2018 / 23:37

AMEA Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurası tərəfindən təsdiq edilən 4 layihə əsasında "Zirehli jilet” istehsalı, “Yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğaclarının və mərkəzi idarəetmə sistemləri”, müəssisəsi “İstixanalar istehsal edən mexaniki” zavodu və “Qurğuşun turşulu akkumulyatorlar” istehsal kompleksinin tikintisinə başlanılıb.

Xeberler.az bildirir ki, bununla əlaqədar keçirilən tərbirdə öncə AMEA Yüksək Texnologiyalar Parkında yeni rezidentlik statusu alan hüquqi layihələrə  şəhadətnamələr təqdim edilib.

 AMEA-nın prezidenti, akademik Akif Əlizadə rezidentliyə qəbul edilən layihə rəhbərlərini təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. 

AMEA-nın biliklər iqtisadiyyatının qurulması istiqamətindəki fəaliyyətindən söz açaraq, burada innovasiya fəaliyyətinin effektiv mexanizm əsasında aparılması sahəsində dünya təcrübəsinin tətbiq edildiyini bildirib.

Bu məqsədlə islahatların davam etdirildiyini deyərək elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intelektual biznesin formalaşdırılması istiqamətində  mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.AMEA İşlər İdarəsinin  rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev  YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə həyata keçirilən bir sıra mühüm layihələr məlumat verib. 

Bolqarıstanın Azərbaycandakı Səfirliyinin fövqalədə və səlahiyyətli səfiri vəzifəsini icra edən Yanko Yanakiev iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu vurğulayaraq, bütün istiqamətlərdə birgə fəaliyyətin səmərəli olacağına əminliyini ifadə edib. 

“EPC Group” MMC-nin prezidenti Reza Vəziri elm və istehsalatın birgə tətbiqinin elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu deyib. Bolqarıstanın MONBAT şirkətinin baş icraçı direktoru Atanas Bobokov, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov çıxış edərək birgə fəaliyyətin hər iki ölkənin elm və iqtisadiyyatı üçün uğurlu olacağını bildiriblər. Bolqarıstan şirkətlərinin Azərbaycanda ən fəal investisiya yatırıcıları olduqları  vurğulanıb.

Türkiyədə ağıllı su sayğacları istehsalında qabaqcıl şirkətlərdən olan "Euromet"şirkətin-rəhbəri canab Recai Çoşkun texnoparkda tikintisinə başlanılan “Yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğaclarının və mərkəzi idarəetmə sistemləri” zavodu barədə məlumat verib. Bildirib ki, burada dünya standartlara cavab verən yeni nəsil su sayğaclarının istehsalı nəzərdə tutulub. Sonda “Zirehli jilet” istehsalı, “Yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğaclarının və mərkəzi idarəetmə sistemləri”, müəssisəsi “İstixanalar istehsal edən mexaniki” zavodu və “Qurğuşun turşulu akkumulyatorlar” istehsal kompleksinin təməlqoyma mərasimi keçirilib.

 Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.