AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017 / 16:17

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olub.

Xeberler.az-ın məlumatına görə, texnoparkın ərazisini ziyarət edən qonağa burada yaradılan şərait, potensial rezidentlərinin fəaliyyəti, eyni zamanda Texnologiyaların və İnnovasiya Məhsullarının Transferi Mərkəzi barədə ətraflı məlumat verilib.

AMEA Təcrübə-Sənaye Zavodu və Millers-Oils Azərbaycan MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar AMEA YTP-nin mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar.

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev rəhbərlik etdiyi texnoparkın fəaliyyətinin genişləndirilməsi məqsədilə planlı şəkildə addımladıqlarını bildirib. Biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsini həyata keçirmək üçün yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin açılacağını, bununla da ölkədə startapların inkişaf etdiriləcəyini qeyd edib.

 İqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın vacibliyini qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılmasının əhəmiyyətli olduğunu bildirib. Bu sahədə AMEA YTP ilə əməkdaşlığın mühim əhəmiyyət kəsb etdiyini deyərək  gələcəkdə bu istiqamətdə bir sıra işlərin görüləcəyini qeyd edib. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.