Amerikada oğurlanmış noutbukların axtarılması üçün sistem işlənib hazırlanıb

17-07-2008 / 18:27
Vaşinqton və Kaliforniya universitetlərinin tədqiqatçıları oğurlanmış noutbukların axtarılması üçün nəzərdə tutulmuş Adeona sistemini yaradıblar. Pulsuz təqdim olunan açıq kodlu proqramla təchiz olunmuş yeni sistem noutbuka quraşdırılır və avtomatik sürətdə, noutbukun yerləşdiyi ərazi barədə OpenDHT serverinə şifrlənmiş məlumat göndərir. Proqram yalnız İnternetə qoşulduqda işləyir.

Adeona sistemi quraşdırılmış noutbukun oğurlanması baş veribsə, onun sahibi OpenDHT serverinə qoşulur və öz noutbukunun olduğu yer haqqında məlumat əldə edir. Bu məlumat, login və parol daxil edildikdə yalnız həmin noutbukun sahibi üçün açıq olur.

Lakin qeyd etmək lazımdır ki. Adeona oğurlanmış portativ kompüterin dəqiq yerini göstərmir. Sistem yalnız qurğunun IP-ünvanını bildirir və istifadə olunmuş marşrutizatorlar barədə məlumat təqdim edir, Lenta yazır.

Adeona-nı hazırlayan tədqiqatçılar hesab edirlər ki, çıxış kodunun təmamilə açıq olması proqramın digər mütəxəssisləri cəlb etməsinə imkan yaradacaq ki, bunun nəticəsində onun imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaranacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə