Amerikalılar telefonla edilən ödənişləri perspektivsiz adlandırıb

15-07-2015 / 10:19

Apple Pay mobil ödəniş sisteminin Britaniyada istifadəyə verildiyi gündə fevralda ABŞ-da kontaktsız ödənişlərin potensialı ilə bağlı aparılan tədqiqatın nəticələri açıqlanıb.   

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, respondentlərin 43 faizi hesab edir ki, smartfonlar nağd ödənişi heç vaxt əvəz etməyəcək. Rəyi soruşulanların 37 faizi kredit kartlarının nə bu yaxınlarda işə salınan Apple Pay, nə də çoxdan istifadədə olan Google Wallet sistemlərindən geri qalmayacağına əminliyini ifadə edib.

Respondentlərin 17 faizi mobil telefonlar vasitəsilə kontaktsız ödənişlərin nağd pulları 5-10 il ərzində əvəz edəcəyini düşünür. Tədqiqat iştirakçılarının 19 faizi bu müddəti plastik kartlardan imtina üçün normal hesab edir.

Rəyi soruşulanlar arasında smartfonlarla ödənişlərin yaxın 3 ildə nağd və kartlarla ödənişləri əvəz edəcəyini müvafiq olaraq 11 və 12 faiz düşünür.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə