Amerikalıların 21 faizi elektron kitab oxuyur

05-04-2012 / 17:51

Ötən il hər beş amerikalıdan biri elektron kitab oxuyub.

RİTN-dən Xəbərlər-ə verilən məlumata əsasən, amerikalıların 21 faizi elektron kitab oxuyur, kontentdən elektron formatda yararlanma isə insanların əvvəlkinə nisbətən daha çox oxuması ilə nəticələnir.

Elektron kitabların oxunması üçün qurğuların sahibləri təbii olaraq Milad bayramı ərəfəsində artıb, amerikalıların çoxu həm planşet kompüterlərə, həm də elektron kitablara sahib olub. Məsələn, Kindle və Nook qurğularına sahib olanların sayı dekabrda qeydə alınan 10 faizə nisbətdə yanvarda 19 faizə çatıb. Eyni vəziyyət iPad və Kindle Fire planşet kompüterlərində də müşahidə olunur.

Elektron kitabların oxunmasının artması çap edilmiş materiallardan rəqəmsal materiallara tədricən keçidin göstəricilərindən biridir.

Ötən il dekabrın sonuna 16 yaşından yuxarı amerikalıların 43 faizi bildiriblər ki, ötən il onlar elektron kitab və ya rəqəmsal formatda jurnal, qəzet, gündəlik xəbərləri oxu qurğuları, noutbuk, stasionar kompüter və ya mobil telefonlar vasitəsilə oxuyublar.

Elektron mətn oxucularının 30 faizi indi oxumağa daha çox vaxt sərf etdiklərini bildirirlər.  

 

Mirvari Nəcəf


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.