“anacan.az” portalı təqdim olunacaq

08-12-2015 / 19:20

Dekabrın 15-də “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində hazırlanmış “anacan.az” ailə portalının təqdimatını keçirəcək.

Layihənin rəhbəri Fərhad Abdulov bildirib ki, Muzey Mərkəzində təqdim olunacaq “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün elan etdiyi ikinci maliyyə müsabiqəsinin qalibi olub.

Layihənin məqsədi gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam formalaşması üçün valideynlərin maariflənə biləcəyi milli ailə portalının yaradılmasından ibarətdir. Hazırda yaradılan milli ailə portalının səmərəliliyinin artırılması və daha böyük kütləyə təsir etməsi məqsədilə bir çox dövlət qurumları ilə rəsmi əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası üzərində müzakirələr aparılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə