Analitik Monitorinq Sistemi yaradılıb

12-10-2017 / 10:32

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən Analitik Monitorinq Sistemi yaradılıb.

Belə ki, bu sistem  tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması və işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sistemidir.

Xeberler.az-ın məlumatına  görə, hazırda Analitik Monitorinq Sistemi-nin proqram təminatı işlənib hazırlanıb.

Dövlət qurumlarının – Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Vergilər Nazirliyinin informasiya sistemləri ilə inteqrasiya işləri tamamlanıb. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.