“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016 / 10:38

"Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşməsi ehtimalı mövcud deyil".

Xeberler.az bildirir ki, bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O xatırladıb ki, artıq bir neçə ildir ölkədə rəqəmli yayım analoq yayımla paralel yayımlanır:

"Demək olar ki, 2011-ci ildən rəqəmli yayım analoq yayımla paralel yayımlanır. Əhalinin əksər hissəsi kabel şəbəkəsi, peyk antenalarından və yeni nəsil televizorlardan istifadə edir".

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.

Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

MTRŞ televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (Set-Top-Box-ların) əldə olunmasını xahiş edib.

 

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.