Android-də 12 ciddi boşluq aradan qaldırılıb

10-08-2017 / 12:05

Google şirkəti 12 kritik boşluğu aradan qaldıran təhlükəsizlik yeniləməsini təqdim edib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu yeniləmə MediaServer, AudioServer, CameraServer, müxtəlif kitabxanalarda ümumilikdə 51 boşluğu aradan qaldırır.

Məlumata görə, ən təhlükəli boşluqlar yüksək imtiyaza sahib proses kontekstində ixtiyari kodu yerinə yetirməyə imkan verib.

Media Framework (multimedia kitabxanaları) komponentində 10 kritik boşluq, kitabxanada (CVE - 2017-0713) 1 boşluq və Broadcom komponentində bir problem (CVE - 2017-0740) aradan qaldırılıb.

Media Framework-də aşkar edilmiş boşluq xüsusi formalaşdırılmış faylın göndərilməsi yolu ilə yüksək imtiyaza sahib proses kontekstində məsafədən ixtiyari kodu yerinə yetirməyə imkan verib.

Bundan başqa, Media Framework komponentində xidmətdən imtina hücumları yaratmağa, imtiyazları yüksəltməyə və məlumatlara müdaxiləyə imkan verən 16 boşluq, əməliyyat sisteminin nüvəsində imtiyazların artırılması üzrə 5 boşluq, MediaTek komponentlərində imtiyazların yüksəldilməsi üzrə 2 boşluq, həmçinin Qualcomm şirkətinin komponentlərində məlumatlara müdaxiləyə və imtiyazları yüksəltməyə imkan verən 6 boşluq aradan qaldırılıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.