Android insanların iş tərəfdaşı olacaq

20-10-2017 / 10:35

Yaponiyanın Hiroshi Ishiguro Laboratories şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib ki, gələcəkdə “robot-androidlər” insanları əvəz etməklə yanaşı, həm də onların iş tərəfdaşları olacaq.

“Biz artıq “robot-android”ləri xəbər aparıcısı, qapıçı, mağazalarda canlı maneken, ofisiant qismində istifadə edirik. Bu qurğular heç vaxt yorulmur, insanın isə taqəti tez qurtarır”, – deyə Xirosi məlumat verib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, o, bildirib ki, “robot-android”lər bütün lazımi məlumatları böyük həcmli informasiyanın toplanılması və emalı sistemi vasitəsilə əldə edirlər.

Hazırda İsiquro görünüşcə özünə oxşayan robotdan işçi məqsədlə istifadə edir: android professoru əvəz edir və onun əvəzinə mühazirə oxuyur.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə