Android istifadəçiləri təhlükədədir

11-05-2017 / 16:38

Google  şirkəti 2015-ci ildə Android 6.0 Marshmallow  mobil əməliyyat sistemini istifadəyə verməklə başqa proqramlar üzərindən müxtəlif xəbərdarlıqlar göstərmə funksiyasını əlavə etmişdi.

Amma Check Point  şirkətinin mütəxəssisləri aşkar ediblər ki, Android 6.0.1 Marshmallow və yeni versiyaların idarəsi altında işləyən bütün qurğular (38,3%) fırıldaqçıların hücumlarına qarşı dayanıqsızdır. Google şirkəti məsələdən xəbərdardır və bildirib ki, problem yalnız Android sisteminin növbəti versiyasında öz həllini tapacaq.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,  yuxarıda deyildiyi kimi, problem başqa proqramlar üzərindən informasiya göstərən tətbiqlərlə bağlıdır.

Bunun üçün istifadəçi qurğunun sazlamalarında proqramlara müvafiq icazəni verən SYSTEM_ALERT_WINDOW seçimini aktivləşdirməlidir. Android 6.0 sisteminin çıxarılmasından sonra bir çox populyar proqramların tərtibatçıları istifadəçilərin çoxsaylı şikayətləri ilə üzləşiblər, çünki sonuncular yuxarıda deyilən icazəni necə aktivləşdirməyi, sadəcə, bilmirdilər. Nəticədə Google bu funksiyanı başlanğıc ayar kimi aktivləşdirib və fırıldaqçılar bu imkandan istifadə etməyə qərar veriblər.

Nəticədə cinayətkarlar Google Play və Android üçün başqa proqramlar mağazasında bütün pəncərələrin üzərindən müxtəlif xəbərdarlıqlar göstərən proqramlar yerləşdirə bilərlər. Mütəxəssislər yalnız yoxlanılmış proqramları yükləməyi tövsiyə edirlər. Həmçinin etibarsız mənbələrdən proqram təminatı yükləmək məsləhət görülmür.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.