Android istifadəçiləri yeni virus təhlükəsi ilə üzləşib

26-04-2016 / 14:49

Android mobil əməliyyat sisteminin köhnə versiyalarından (4.0.3-dən 4.4.4-dək) istifadə edən smartfon istifadəçiləri qurğunun ekranını blok edən və blokdan çıxarma üçün cihaz sahibindən pul tələb edən virus təhlükəsi ilə üzləşiblər.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu haqda ABŞ-ın The Blue Coat Labs şirkətinin rəsmi bloqunda yazılıb.

Şirkətin əməkdaşı Endrü Brandt bu təhlükəni aşkar edib. Onun sözlərinə görə, virusa yoluxmuş cihaza qurulmuş Cyber.Police troyanı özündə saxlayan zərərli proqram qurğunun ekranını bloklayır.

Cyber.Police  troyanı smartfona qurulduqdan sonra cihaz sahibindən hər birinin dəyəri 100 dollar olan 2 ədəd Apple iTunes hədiyyə kartı satın almağı tələb edir.

Belə ödəniş üsulu seçmiş haker öz bank hesabının rekvizitlərini gizli saxlamış olur.

Brandt əlavə edib ki, zərərli mobil proqram istifadəçidən xəbərsiz şəkildə özü müstəqil sistemə qurulur. Bu virusdan xilas olmaq üçün smartfonda standart sazlama funksiyasını işə salmaq lazımdır. Bu halda virusa yoluxmuş cihazdakı məlumatları kompüterə təhlükəsiz şəkildə köçürmək olar.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.