Android istifadəçilərin bank kartı təhlükədədir

29-11-2017 / 15:27

Mütəxəssislər tərəfindən Google Play proqramlar mağazasında aşkar edilmiş bir neçə mobil proqram istifadəçilərin smartfonuna zərərverici proqram təminatı yükləyir.

Xeberler.az-ın məlumatına görə, bu haqda ESET şirkətinin press-relizində deyilir.
“BankBot” adlı fırıldaqçı proqram təminatının mobil versiyası geniş yayılıb.

Bu fırıldaqçı proqram təminatının izləri “Tornado FlashLight”, “Lamp For DarkNess” və “Sea FlashLight” mobil tətbiqləri, həmçinin smartfonun yaddaşının təmizlənməsi üçün alətlərdə aşkar edilib.

Quraşdırmadan sonra proqram qurğudakı tətbiqləri təhlil edir və bank xidmətlərinin aşkar edilməsi zamanı inzibatçı hüquqlarını sorğu eləyir. Bundan sonra yeniləmə bəhanəsi adı altında gizli rejimdə “BankBot” tətbiqi yüklənir.

Bank proqramını işə salarkən troyan şəxsi kabinetə daxil olmaq üçün loqin və parolu daxil etməkdən ötrü saxta pəncərə əks etdirir. Bundan sonra hakerlər qurbanın bank hesabına müdaxilə edirlər.

Ekspertlər müəyyənləşdiriblər ki, yalnız proqramların naməlum mənbələrdən quraşdırılmasına icazə verildiyi halda zərərverici mobil tətbiqin yüklənməsi baş verir.(ICTnews) 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.