Android istifadəçilərinin sayı açıqlanıb

19-05-2017 / 14:50

Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin sayı 2 milyardı ötüb.

Xeberler.az NRTYN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu barədə Google şirkətinin icraçı direktoru Sandar Piçay “Google I/O” proqram tərtibatçıları konfransı zamanı bildirib.

Söhbət Android sistemli qurğudan ayda azı bir dəfə istifadə edən insanlardan gedir. 2015-ci ilin sentyabrı ilə müqayisədə mobil platformanın auditoriyası 400 milyon nəfər artıb.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin yanvarında Apple şirkəti iOS əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayının (istifadəçi sayı deyil) 1 milyarda çatmasını açıqlayıb.  

Məlumata görə, yeddi Google servisinin (Google Maps, YouTube, Chrome, Google Maps, Gmail, Search və Google Play) hər biri ayda 1 milyarddan çox istifadəçiyə xidmət göstərir.

2016-cı ildə Android üçün yüklənən əlavələrin sayı 2 milyard təşkil edib, hər gün YouTube servisində 1 milyard saat videoya baxılır, Google Maps kartoqrafik xidmətinin istifadəçiləri 1 milyard km. məsafə üçün marşrut müəyyənləşdirirlər.

Bundan başqa, Google Drive və Google Photo servislərinin aylıq istifadəçilərinin sayının müvafiq olaraq 800 və 500 milyona bərabər olması qeyd edilir.  

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.