Android planşetlər üçün Viber-də videozəng funksiyası istifadəyə verilib

04-06-2015 / 13:10

Android mobil əməliyyat sistemi üçün Viber 5.4 messencerinin yeni versiyası təqdim olunub.

Xeberler. az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, Google şirkətinə məxsus əməliyyat sisteminin istifadəçiləri bir neçə vacib funksiyanı sınaqdan keçirə bilərlər. Onlar arasında planşetlərdən videozənglər etmək imkanını, qrup şəklində olan çatlar üçün ikonkanın əlavə olunmasını və bəzi dizayner həllərini qeyd etmək olar. Daha bir vacib məqam isə Android üçün Viber 5.4  əlavəsinin həcminin azalmasındadır. Belə ki, indi proqram mobil qurğuda az yer tutmağa başlayıb.

Android üçün Viber 5.4 əlavəsini Google Play mağazasından pulsuz yükləmək olar. Proqramın işi üçün Android 2.3  əsaslı və ya sistemin daha yeni versiyası ilə işləyən smartfon və ya planşet tələb olunur.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə