Android-smartfonlarının satışı gün ərzində 200 000 ədəd göstəricisini keçib

05-08-2010 / 20:04
Google şirkətinin icraçı direktoru Erik Şmidtin sözlərinə görə Android əməliyyat sistemi ilə işləyən smartfonların sayı gün ərzində 200 000 ədəd göstəricisi ötüb. E. Şmidt qeyd edib ki, bu rəqəmləri şirkət yeni aparatların avtorizasiyası , eləcə də artan trafik əsasında əldə edir. “Satış göstəricilərinə əsaslanıb demək olar ki, insanlar Android əməliyyat sisteminin nə dərəcədə uğurlu bir məhsul olduğunu anlamağa başlayıb”, - deyə Google rəhbəri vurğulayıb.
Techonomy konfransındakı çıxış zamanı internet-şirkətin icraçı direktoru təqdim olunan göstəricilərin Apple iPhone platformasının müvafiq rəqəmlərini geridə qoyduğunu bildirib. E. Şmidt xatırladıb ki, gün ərzində 100 000 smartfon hədəfi cəmi iki ay əvvəl dəf olunub. “Görünür ki, Android nəinki nisbətən yeni, hətta sürətlə artan platforma kimi fenomenaldır”, - icraçı direktor qeyd edib,

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə