Android telefonlar təhlükədədir

16-10-2017 / 10:18

ESET antivirus şirkətinin mütəxəssisləri ekranı bloka salmaq funksiyasına malik və Android  mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ilk şifrləyici virus aşkar ediblər.

Xeberler.az NRYT-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

“DoubleLocker” adlandırılmış zərərverici proqram mobil bank troyanının əsasında işləyir. Virus qurğunun PIN kodunu dəyişdirə, həmçinin cihazın yaddaşında saxlanılan məlumatları şifrləmək funksiyasına malikdir.

Bir çox başqa troyanlar kimi “DoubleLocker” virusu da adətən “Adobe Flash Player” adı altında maskalanaraq saytlar vasitəsilə yayılır.

Qurğunu yoluxdurduqdan sonra şifrləyici “Google Play Service” adlı şəxsi zərərverici xidmətini aktivləşdirməyi təklif edir, bundan sonra inzibatçılıq  hüququnu aktivləşdirir.

“DoubleLocker” qurğunu bloka saldıqdan sonra istifadəçidən 0,013 bitkoin məbləğində ödəniş tələb edir. Bu halda hakerlər xəbərdarlıq edirlər ki, tələb edilən məbləğ 24 saat ərzində köçürülməsə, məlumatlar həmişəlik şifrlənəcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.