Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015 / 13:08

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, Trend Micro, Android əməliyyat sistemi istifadəçiləri üçün təhlükəsizliklə bağlı tövsiyələrini verib.

1.Telefonunuzun şifrəli ekran kilidini mütləq istifadə edin.

Ağıllı telefonlarda olan ən təsirli və asan təhlükəsizlik sistemi ekran kilididir. Ekran kilidi vasitəsilə siz digər insanların telefonunuza daxil olmasının qarşısını ala bilərsiz.

2. Təhlükəsizlik tənzimləmələrini yoxlayın.

Android əməliyyat sistemində asanlıqla əldə edə biləcəyiniz məlumat təhlükəsizliyi protokolları var. Funksiyalar bölməsində yerləşən təhlükəsizlik tənzimləmələri cihazınızı şifrələməyinizə imkan verir. Bu funksiya şirkət məlumatlarını qorumağınıza kömək edir.

3. Daha təhlükəsiz şifrələrdən istifadə edin

İstifadəçilər şifrə təyin edən zaman 2 səhv edirlər. Birincisi zəif şifrələr təyin etmək, ikinci səhv isə elektron poçt və digər əməliyyatlarda eyni şifrəni istifadə etməkdir.

4. Təhlükəsizlik proqramlarından faydalanın

Mobil cihazlara həm oğurlanma kimi vəziyyətlərə, həm də zərərli proqramlara qarşı tədbirlər təqdim edilir. Bu tətbiqlərdə biri isə təhlükəsizlik proqramlarıdır. Belə proqramları yükləməklə cihazlarınızın təhlükəsizliyini uzaqdan idarə edə bilərsiz.

5. Saxta tətbiqlərdən uzaq olun

Kiberhücumla məşğul olanlar tətbiq marketlərindəki təcrübəsizlikdən faydalanaraq zərərli proqram tərkibli ya da xüsusi məlumatları birbaşa özlərinə çatdıran tətbiqlər yükləyirlər. Diqqətsiz istifadəçilər məşhur bir oyun ya da tətbiq yüklədiklərini düşündüyü zaman, tam əksinə zərərli proqram tərkibli saxta bir tətbiq yükləyirlər.

6. Tətbiq giriş icazələrinə nəzarət edin

Yüklədiyiniz tətbiqlərin giriş icazələrini həmişə nəzarət altında saxlayın. Bir çox tətbiq şəxsi məlumatlarınıza, sosial media hesablarınıza daxil ola bilir. Təhlükəli hesab etdiyiniz proqramlarda belə məlumatlara daxil olmanın qarşısını alın.

7. Şifrəsiz Wi-Fi şəbəkələrə qoşulmayın

Təcili işlərinizi həll etmək üçün şifrəsiz Wi-Fi şəbəkəsinə qoşulmağınız Android telefonu üçün böyük təhlükəyə səbəb ola bilər.

8. Şəkil və digər məlumatlarınızın nüsxəsini saxlayın.

Mütəmadi olaraq məlumatlarınızın nüsxəsini çıxarın. Bu əməliyyatı kompüter və ya bulud xidməti ilə edə bilərsiniz. Bulud xidməti vasitəsilə məlumatlarınızın nüsxəsini çıxara və onlayn olaraq  bu məlumatları əldə edə bilərsiz.

 

Sevinc Əsədova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.