AngelList üzərindən startaplara 163 milyon dollar yatırım edilib

09-02-2016 / 14:38

Erkən mərhələdə olan startapları və investorları bir araya gətirən AngelList onlayn  platforması 2015 il üçün nəticələrini açıqlayıb.

Xeberler.az AngelList–ə istinadən məlumat verir ki, ötə il platforma üzərindən 163 milyon dollar yatırım edilib.

Qeyd edəki, bu rəqəm əvvəlki il ilə müqayisədə 56 faiz artıb.

Statistikaya görə, AngelList üzərindən yatırım alan startapların sayı 88 faiz artıb.

2015-də 441 startapa yatırım edilməsini təmin edən AngelList 2014-də 243 startapa yatırım edilməsinə imkan yaratmışdı.

2015-ci ildə 3 min 379 investor sayına çatan AngelList-in 2014-dəki  investor sayı  2 min 643 olub.

Ötən il  Çinin ən böyük özəl sərmayə  şirkətlərindən CSC Venture Capital ilə birlikdə 400 milyon dollarlıq  CSC Upshot  fondu yaradan AngelList-də özəl yatırımların ümumi həcmi 89 milyon dollar olub.

Proqramçılar üçün ən çox axtarılan bacarıq isə Javascript və Java olub.  

AngelList-in məşhur iş elanları səhifəsi də 2015-də sürətlə böyüyüb.

Aktiv namizəd və iş elanı sayının iki qat artdığı AngelList-in iş elanları səhifəsində 250 min iş axtaran və 16 min şirkət yer alıb.

AngelList üzərindən ötən il 548 min nəfər iş tapıb.

Proqramçılar üçün tələb edilən bacarıqlar isə əsasən Javascript ve Java, HTML, Phyton ve C++, CSS ve C izliyor. MySQL ve Phyton olub.

Dizayner sahəsində isə 2015-də  ən çox UX Designer axtarılıb. Həmçinin Photoshop, HTML, Illustrator, CSS ve UI Design da ən çox axtarılanlar siyahısındadır. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.