Angry Birds 2 rekord qırmağa davam edir

10-08-2015 / 17:25

Xəbər verdiyimiz kimi, iyulun 30-da istifadəçilərlə görüşən və ilk gün içərisində yüklənmə sayını bir milyona çatdıran Angry Birds 2 bu dəfə də rekord qırıb.

Bu göstərici təkcə yükləmə sayına görə deyil, eyni zamanda ən çox oynanılan bölməyə görə hesablanıb.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Android və iOS cihazları üçün nəzərdə tutulan Angry Birds 2 ümumilikdə 20 milyondan çox yüklənilib.

Üstəlik App Store içərisində də ən çox yüklənilən tətbiqlər arasında birinci sırada olan oyunun 100-dən çox ölkədə birinci sırada olduğu göstərilib.

Hesabata görə, bir həftədə Angry Birds 2-də tamamlanan bölüm sayı 300 milyonu keçib.

 

Ruhəngiz Muradova

 

 

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.