Anındaca tərcümə

14-03-2011 / 13:32

Yeni “iPhone app” mobil telefonunun “WordLens” programı inanılmaz imkana malikdir.

“WordLens” programı yeni “iPhone app” mobil telefonunun kamerası vasitəsilə qarşısına çıxarılan hər bir sözü, cümləni və hətta mətni belə dərhal tərcümə edir. Tərcümə proqramı ispan-ingilis, ingilis-ispan dilləri üçün nəzərdə tutulub. Yeni “iPhone app” mobil telefonu turistlər üçün orijinal tapıntıdır. Restoranda, küçədə, oteldə və digər yerlərdə hər hansı bir ifadə və ya sözdə çətinlik çəkdikdə, yetər ki, həmin söz yazılı şəkildə telefonun kamerasi qarşısında qoyulsun. Bununla da həmin söz və yaxud ifadə anındaca tərcümə olunur. Gələcəkdə tərcümə dillərinin artırılması nəzərdə tutulub. Tərcümə qrammatik cəhətdən düz olmasa da, kifayət gədər anlaşıqlıdır. “iPhone app” mobil telefonunun “WordLens” programının tərcümə bacarığını bu linkə daxil olmaqla izləyə bilərsiniz: http://www.youtube.com/watch?v=h2OfQdYrHRs


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə