Aparıcı sosial şəbəkələrin adı açıqlandı

24-08-2015 / 12:02

Dünyanın ən böyük sosial şəbəkələrinin artımı zəiflədiyi halda gənclər arasında WhatsApp, Snapchat, Wickr və s. kimi adi məlumat mübadiləsi əlavələrinin populyarlığı kəskin yüksəlir.

Xəbərlər-in RYTN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Pew Research Center müstəqil tədqiqat mərkəzi tərəfindən ABŞ-da keçirilən sorğunun nəticələrində deyilir.  

Bütün smartfon sahiblərinin 36 faizi və 18-29 yaşlı smartfon sahiblərinin 49 faizi Facebook Messenger, Kik və digər məlumat mübadiləsi əlavələrindən istifadə edir. Məlumatları qısamüddətli saxlayan sistemlərdən smartfon sahiblərinin 17 faizi və gənclərin 41 faizi yararlanır.

Facebook ABŞ-da ən populyar sosial şəbəkə olaraq qalır. Yaşlı amerikalıların 62 faizi burada səhifə açıb və onların 70 faizi şəbəkəyə hər gün daxil olur.

Facebook həmçinin ən çox yayılmış iki məlumat mübadilə əlavəsinə - WhatsApp və Facebook Messenger xidmətlərinə sahibdir. Lakin sosial şəbəkə istifadəçilərinin artım payı digər dörd aparıcı sosial şəbəkə - Instagram, LinkedIn, Pinterest və Twitter kimi dayanıb.

İstifadəçilərin 15 faizi xəbərləri reddit, Digg, Slashdot kimi populyar forumlarda oxuyur və müzakirə edir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.