App Store proqramçıları 50 milyard dollar qazanıb

14-06-2016 / 10:44

Dünən Apple şirkəti 27-ci dəfə proqram tərtibatçılarının illik ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) təşkil edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bir çox yeni proqramlarını tanıdan şirkət konfransda Apple-ın proqramlaşdırma sektoru və App Store-a aid statistik məlumatlar da paylaşıb.

WWDC 2016-da açılış nitqi edən Tim Cook-un verdiyi məlumata görə, Apple ekosistemində indiyə qədər 13 milyon proqramçı qeydiyyatdan keçib.

WWDC tədbirlərində 74 ölkədən 5 mindən çox iştirakçı qəbul etdiklərini vurğulayan  Apple-ın CEO-su iştirakçıların 72 faizinin yeni adlardan ibarət olduğunu deyib.

Onun sözlərinə görə, Apple proqramçıları 2 milyon tətbiq hazırlayıb və  50 milyard dollar qazanıb.

Tim Cook App Store-a aid tətbiq və yükləmə rəqəmlərini də paylaşıb.

Onun sözlərinə görə, App Store-un 8-ci ilində tətbiq sayı 2 milyonu keçib,  tətbiqlərin yükləmə sayı isə 130 milyarddan çox olub.

Proqramçılara ödənilən pulun da 50 milyardı keçdiyini xatırladan CEO bu ilin yanvarında Apple-ın proqramçılara 40 milyard dollar ödədiyini deyib.

WWDC-13-də bu rəqəm 10 milyard  dollar idi.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə