AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018 / 15:14

Bakcell şirkətinin AppLab inkubasiya proqramının iki iştirakçısı Golden Byte 2018 müsabiqəsinin regional finalında qalib olub.

Xeberler.az bildirir ki, layihələrin qiymətləndirilməsi nəticəsində AppLab proqramında iştirak edən iki komanda yerli çempionatın “Startap” nominasiyasında I və II yerlərə sahib olublar.

I yeri tutmuş “Run2Help” layihəsi istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Bu layihənin komandası 19-20 May tarixlərində Ukraynanın Kiyev şəhərində baş tutacaq Golden Byte 2018 finalında iştirak edəcək. Regional finalın II yerini isə xüsusi tətbiqetmə vasitəsilə müxtəlif məkanlarda tədbir təşkil edib dost-tanışları dəvət etmək imkanını verən “BuilDay” lahiyəsi tutub.

Qeyd edək ki, Beynəlxalq Golden Byte İT çempionatı regional seçim və regional final mərhələlərdən ibarətdir və 10 ölkədən 10 min nəfərdən çox iştirakçını bir araya gətirir. Step IT Academy tərəfindən Azərbaycanda təşkil olunan regional final mərhələsi may ayının 4-də keçirilib. İki yarımfinal mərhələsindən keçmiş layihələr yerli və beynəlxalq şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beynəlxalq Golden Byte İT çempionatı 2008-ci ildə Step IT Academy tərəfindən təsis edilib. Bu ilki regional Golden Byte finalının baş sponsoru AzerTelecom şirkətidir.

Xatırladaq ki, AppLab layihəsinin iştirakçıları şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.