AppLab layihəsinin bir ili tamam olur

08-10-2015 / 16:13

Bakcell şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan Qualcomm şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilmiş AppLab innovativ mobil developer layihəsinin bir illiyini qeyd edib.

Bu münasibətlə dünən təşkil edilən böyük tədbirdə şirkətin icraçı direktoru Riçard Şirer  bildirib ki, AppLab çərçivəsində yeni və parlaq ideyalar meydana gəlib:

“ Biz oyunlar, təhsil, səyahət və turizm, məhsuldarlıq, musiqi, kitablar və digər məqsədlər üçün yaradılmış müxtəlif proqramlar gördük. Bakcell bu proqramları yaratmaq üçün iş məkanı və alətlər təqdim etməklə yanaşı, gənc istedadları təlimatlandırır, onlara ideyalarını monetizasiya edə bilməsi məqsədilə biznes yanaşmasını aşılayır. Azərbaycanda developerlərin startap icmasını dəstəkləməmizin müsbət nəticəsinin şahidi oluruq. Ümidvarıq ki, bu layihə mobil proqram tərtibatı seqmentinə daha çox developer və sahibkarları cəlb edəcək”.

Qeyd edək ki, AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

Bu günə qədər Applab  layihəsi çərçivəsində təqdim olunan 100-dən çox ideyanın qəbul əmsalının 10 faizdən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.

Bir müddət bundan öncə  Bakcell Applab layihələri sırasında Betchlip  və xercim.az mobil proqramlarını təqdim edib. Yaxın gələcəkdə Applab iştirakçıları tərəfindən hazırlanan daha çox tətbiqetmələr bazara təqdim olunacaq.  

 

Applab icmasına qoşulmaq istəyən gənc developerlər buradan  qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.