Apple 5 il ərzində LG ekranlarını istifadə edəcək

13-01-2009 / 11:28

LG Display və Apple şirkəti maye-kristal panellər üçün beşillik müqavilə bağlayıb. Yanvarın sonunadək Apple LG Display-ə avans ödənişi etməlidir. LG Display-in sənədlərindən məlumdur ki, Apple-ın avans ödənişi yarım milyard dollardır.

Müqavilənin digər şərtləri məlum deyil. LG Display-in təmsilçiləri Apple-la razılaşma haqda izahat vermirlər. Apple  rəhbərliyi də bu barədə heç bir məlumat vermir.

LG Display dünyada ən böyük maye-kristal panellər istehsal edən şirkətdir.
Noyabrda şirkət maye-kristal panellərin qiymətinin düşməsinin qarşısını almaq üçün 400 milyon dollar cərimə ödəyərək digər böyük istehsalçılarla  müqaviləyə daxil olmuşdu.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə