Apple 5G texnologiyasını sınaqdan keçirir

10-08-2017 / 15:40

ABŞ Federal Rabitə Komissiyası Apple şirkətinə 5G texnologiyasının sınaqlarının keçirilməsinə icazə verib.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki, Apple şirkəti ilə yanaşı, Google, Facebook və Samsung sınaqdan keçirir.

Bundan başqa, Sprint və T-Mobile mobil rabitə operatorla tərəfindən ilk 5G şəbəkələrinin 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir.

Məlumata görə, dalğaların uzunluğunun azaldılması və tezliyin yüksəldilməsi Apple texnologiyasını rəqiblərindən fərqləndirəcək. Test üçün ilk meydançaların 2018-ci ilin avqustunadək Kaliforniyada yerləşən ofislərin yaxınlığında inşası planlaşdırılır.

Bu il 5G modulu yeni iPhone smartfonunda quraşdırılmasa da, növbəti modelin onunla təchiz ediləcəyini ehtimal etmək olar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə