Apple-a əsəbləşdi, 999 milyard təzminat istəyir

29-12-2017 / 13:15

Məlum olduğu kimi, bir müddət öncə Apple iPhone batareyalarının zəiflədiyini qəbul edərək bu barədə açıqlama verib. Şirkət yaranan problemə görə üzr istəyib.

Bu məlumatdan sonra bir iPhone istifadəçisi şirkətdən 999 milyard dollar təzminat tələb edib.

Xeberler.az xarici mediaya istinadə məlumat verir ki, 8 iPhone istifadəçisi bu məlumatdab əsəbləşərək şirkəti məhkəməyə verib.

Onlardan biri isə Apple-dan 1 trilyona qədər dollar təzminat tələb edir.

999 milyard dollar təzminat istəyən Violetta Mailyan texnologiya nəhəngini müştərilərdən məlumatların gizlədilməsi və cihazlarının keyfiyyətinin aşağı düşməsindən dolayı günahlandırır.

O qeyd edib ki, şirkətin bu probleminə görə istifadəçilər yeni iPhone almaq məcburiyyətində qalır.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.