Apple-dan kompensasiya tələb edilib

05-11-2015 / 11:06

Cənubi Koreyanın Busan şəhər Apelyasiya Məhkəməsi iPhone smartfon istifadəçilərinə qurğunun geolokasiya məlumatları toplamasına görə kompensasiyanın ödənilməsi ilə bağlı qaldırılan iddianı rədd edib.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, iddiaçılar iPhone smartfon istehsalçısı olan ABŞ-ın Apple şirkətindən 1 milyon von (880 dollar) məbləğində kompensasiya tələb ediblər.

“Məlumatların toplanması zamanı fərdi məlumatların sızması baş verməyib, buna görə də kompensasiya ilə bağlı tələb əsassızdır”, - məhkəmənin qərarında deyilir.

2011-ci ildə Koreya Respublikasının Kommunikasiyalar üzrə Komissiyası Apple şirkətinin fərdi məlumatların mühafizəsi, o cümlədən istifadəçinin olduğu yer haqqında informasiyalar ilə bağlı milli qanunvericiliyi pozmasına görə cərimə ödəməsi ilə bağlı qərar çıxarıb. Bundan sonra 28 min koreyalı məhkəməyə kompensasiyanın ödənilməsinə görə müraciət edib. Birinci instansiya məhkəməsi ABŞ şirkətinin xeyrinə qərar çıxardıqdan sonra 299 nəfər apelyasiya şikayəti verib.

Kommunikasiyalar üzrə komissiya bir müddət əvvəl bəyan edib ki, iPhone smartfonları istifadəçi geolokasiya funksiyasını söndürsə belə onun olduğu yer barədə məlumat toplayır. Cənubi Koreya qanunlarında bunun üçün abunəçinin razılığı tələb olunur.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.