Apple-dan Windows 10-a dəstək

19-08-2015 / 11:21

Apple, BootCamp proqramının altıncı versiyasını təqdim edib. BootCamp 6 yeni versiyası Mac OS X kompüterlərə Windows 10 sistemindən istifadəni təmin edir.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə Apple, Mac OS X istifadəçiləri üçün Windows 10-un istifadəsini təmin edən BootCamp 6 proqramını təqdim edib. Beləliklə, Mac kompüterlərinə də Windows 10 quraşdırıla biləcək. Ancaq bu proqram sadəcə 64 bit Windows 10 əməliyyat sistemini dəstəkləyəcək.

BootCamp 6 yeni versiyasında həm də USB-C, USB 3 Thunderbolt, SD və SDXC parametrləri də dəstəklənəcək.  Proqramı ancaq Mac OS X Yosemite əməliyyat sistemində istifadə etmək mümkündür.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə