Apple daşınan elektronika bazarında ikinci yeri tutub

01-09-2015 / 10:38

Aprelin sonunda Apple şirkəti bazara Watch “ağıllı” saatını çıxarmaqla ikinci rübün yekunları üzrə böyük nəticəyə nail ola bilib.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən bildirir ki, IDC analitik şirkətinin məlumatına görə, aprel-iyunda şirkət 3,6 milyon “ağıllı” Apple Watch saatı tədarük edib ki, bu da şirkətə dünya daşınan elektronika bazarında ikinci yeri tutmağa imkan verib. Apple tədarük həcminə görə yalnız FitBit fitnes-treker istehsalçısından (son rüblərin dəyişməz lideri 0,8 milyon çox qurğu tədarük edib) geri qalıb.

Analitiklər qeyd edirlər ki, ikinci rübün yekunlarına görə, Apple çoxfunksiyalı daşınan qurğular bazarının üçdə iki hissəsinə sahib çıxıb.

İkinci rübdə ümumilikdə daşınan qurğu istehsalçıları dünya bazarına 18,1 milyon qurğu tədarük ediblər ki, bu da bir il əvvəlin göstəricisindən 223,2 faiz çoxdur.

Xatırladaq ki, Watch qurğusunun ABŞ bazarına çıxarıldığı ilk həftədən sonra Apple gündə 200 min “ağıllı” saat satıb, lakin iyulun əvvəlində satış göstəriciləri 90 faiz azalıb.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.