Apple hansı yeni məhsullarını təqdim edəcək?

17-02-2017 / 15:27

Apple-ın hər il ənənəvi tərtibatçıların illik ümumdünya WWDC 2017 (Worldwide Developers Conference) konfransının keçirilmə tarixi açıqlanıb.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, WWDC bu il iyunun 5-də başlayacaq və iyunun 9-na qədər davam edəcək.

Şirkət 13 il sonra San Xose şəhərinə qayıdır. Belə ki, konfrans  şəhərin McEnery Convention Center məkanında baş tutacaq.

Bu il 28-ci dəfə təşkil edilən WWDC konfransına qatılmaq istəyən tərtibatçıları üçün qeyiyyat martın 27-də başlayır.

 The Loop-un məlumatına görə, Apple-ın rəsmisi  Phil Schiller mediaya verdiyi açıqlamada bildirib ki, konfransa yenə 5 min  tərtibatçı və 100 mühəndisin qatılması gözlənilir.

Şirkətin konfrasda macOS, iOS, watchOS və tvOS yeni versiyalarını təqdim edəcəyi gözlənilir.

İddia edilir ki, təqdimatda yeni iPad planşetlərinin nümayiş oluna bilər. Təqdim ediləcək planşetlər arasında 7,9 düymlü ekrana malik iPad Pro mini də olacaq.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə