Apple-ın direktoru ötən il nə qədər pul qazanıb?

08-01-2016 / 15:12

Dünyanın ən məşhur və çox qazanan  şirkəti sıralarında zirvədə olan Apple böyük məbləğdə pul qazanır.

Nə qədər pul qazandığını həmişə hesabat  halında yayımlayan  Apple 2015  il üçün də belə hesabat paylaşıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat  verir ki, Apple-ın direktoru ( CEO) Tim Cook bu il şirkətin stajlı direktor müavinlərindən az pul qazanıb.

 2015-də toplamda 10 milyon 281 min dollar qazanan  Cook ötən ilə nisbətən 1 milyon daha çox qazanıb.

Şirkətin digər stajlı direktor müavinləri olan  Luca Maestri 25 milyon 337 min,  Angela Ahrendts 25 milyon 779 min,  Eddy Cue 25 milyon 52 min,  Dan Riccio və Bruce Sewell 25 milyon 17 min  dollar pul qazanıb.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə