Apple-ın qələmi müzakirələrə yol açdı

10-09-2015 / 16:31

Məlumat verdiyimiz kimi Apple-ın dünənki təqdimatında şirkətin marketinq üzrə direktoru Phil Schiller Apple Pencil adlı qələmi təqdim edib.

Bununla bağlı  internetdə iPhone-nun 2007-ci ildəki video təqdimatı yayılıb. Video təqdimatda Steve Jobs Apple şirkətinin direktoru olduğu vaxtlarda Stylus( cihaz qələmi) fikrini bəyənmədiyini, bu qələmlərin son dərəcə yararsız olduğunu,  və istifadəçilərin bu qələmlərə ehtiyac duymadığını bildirib.  

Qeyd edək ki, Apple Pencil yeni təqdim olunan iPad Pro planşeti üçün nəzərdə tutulub. Qələm bir çox şirkətlərin istehsal etdiyi qələmlərdən fərqli olaraq yalnız müxtəlif cizgilər və şəkillər çəkmək üçün nəzərdə tutulub. Qələmin daha çox rəssamlar və dizaynerlər üçün faydalı olacağı qeyd olunub.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə