Apple iOS 8.4 versiyasını təqdim edib

16-04-2015 / 10:28

Keçən həftələrdə iOS 8-in versiyasının sonuncusu olacağı düşünülən iOS 8.3-dən sonra bu gün iOS 8.4 versiyası çıxıb. Belə bir yeniliyin olması hər kəsi təəccübləndirib. İyun ayında düzəldiləcək iOS 9–dan əvvəl çıxan son versiya olacaq.

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, yeni versiyada daha çox musiqi məsələlərinə önəm verilib. Yeni iOS 8.4 Beta 1 versiyasında musiqiləri tapmağı asanlaşdıran özəllikləri olacağı bildirilib.

Daha bir yenilik isə iTunes Radio adlı tədbiq əlavə olunmasıdır. İstifadəçilər iOS 8.4 vasitəsilə Musiqi-dən birbaşa iTunes Radio-ya keçə biləcəklər. Musiqi tədbiqindən əlavə başqa bir yeniliyin olacağı bəlli deyil.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə