Apple iPad Pro-nun yeni modelini təqdim edib-Qiymət

06-06-2017 / 13:28

Dünən Apple şirkəti WWDC 2017 konfrasında yeni məhsullarını təqdim edib.

Şirkət iPad Pro planşet kompüterinin yeni modelini təqdim edib.

Xebeler.az-ın məlumatına  görə, yeni 10.5 ölçüsündəki iPad Pro, 9.7  iPad və yenilənən  12.9 iPad Pro-ya oxşardır.

Bu yeni 10.5 iPad Pro-nun ekranı 20 faiz  daha böyük olmasına baxmayaraq ölçülərində o qədər çox artım olmayıb. 9.7  iPad-dan 40 faiz daha incə çərçivəyə sahib bu yeni 10.5 iPad Pro  gözlənilən kimi incə çərçivəyə sahib deyil . 10.5 iPad-ın ağırlığı isə yalnız 453 qramdır.

Yeni iPad Pro 10,5 dyüm diaqonallı Retina ekranı, 12 meqapiksellik əsas kamera, həmçinin təkmilləşdirilmiş prosessora malikdir. Planşet ekranı 9,7 və 13 dyümlük mövcud Pro modelləri silsiləsinə əlavə olunacaq. Yeni model 4K-videonu dəstəkləyəcək, yeni prosessor isə qurğunun məhsuldarlığını 30 faizədək artıracaq.

Sizin də təxmin edə biləcəyiniz kimi,  yeni iPad Pro ucuz olmayacaq. İlk mərhələdə 64 GB yaddaş ilə gələn cihazın qiyməti  649  dollar olaraq açıqlandı.

Planşetin gələn həftədən ABŞ-da satışa çıxarılacağı gözlənilir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə