Apple kompüterləri üçün yeni virus aşkarlanıb

13-07-2016 / 15:46

Apple şirkətinin istehsalı olan qurğuların əməliyyat sistemləri üçün virusların sayı Windows sistemindən az olsa da, iMac, MacBook və s. istifadəçilər üçün təhlükə mövcud olaraq qalır.

Bunu Eset antivirus şirkətinin ekspertləri bir daha təsdiq ediblər.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki,  Eset  mütəxəssisləri tərəfindən Apple şirkətinin iCloud Keychain servisindən parolları oğurlayan və cinayətkarlara yoluxmuş kompüterə müdaxiləyə imkan verən Keydnap adlı Backdoor proqramı aşkarlanıb.

Mütəxəssislərin fikrincə, bu zərərli proqram fişinq məktubuna əlavə edilən ZIP arxivində yayılır. Arxivdə mətnli fayl və ya JPEG formatlı təsvir adı ilə gizlədilən oxunan Mach-O faylı var.

Bildirilir ki, fayl arxivdən işə salınan zaman virus təsviri və ya mətnli sənədi açır və istifadəçi üçün hiss olunmadan sonradan qurbanın kompüteri barədə məlumatlar toplayan və filtrdən keçirən Backdoor quraşdırılır. Virus hazırkı istifadəçinin hüququndan istifadə edir, lakin "root” çıxış əldə etməyə çalışır və bu məqsədlə Mac kompüteri istifadəçisinin parolunu daxil etmək üçün pəncərə açır.

İnzibatçı hüququ əldə edildikdən sonra zərərli proqram iCloud Keychain menecer parollarının içindəkiləri köçürür və informasiyanı cinayətkarların uzaq məsafədə yerləşən serverlərinə göndərir.

Antivirus şirkəti Backdoor-un müraciət etdiyi iki server aşkarlayıb.  

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.