Apple monitor istehsalını tamamilə dayandırır

31-10-2016 / 16:38

Məlumat verdiyimiz kimi, Apple keçdiyimiz həftə təşkil etdiyi konfransda yeni Macbook Pro-ları təqdim etdi.

Apple-ın bu tədbirində açıqlanması gözlənilən məhsullardan biri də şirkətin bir müddət əvvəl istehsalını dayandırdığı  Thunderbolt girişli monitorlar idi.

Amma tədbirin sonuna qədər Apple-ın istehsal etdiyi hər hansı monitor gözə çarpmadı. Hətta əksinə, Apple bu mətbuat konfransında əməkdaşlıq etdiyi LG firmasının monitorlarından istifadə etdi.

Apple-ın 5K və 27 düym ölçüsündə Thunderbolt 3 bir monitor təqdim etməsi xəbəri də reallaşmadı. Bunun ardınca şirkətin artıq monitor istehsal etməyəcəyi də  təsdiqlənmiş oldu.

Xeberler.az məlumat verir ki, The Verge-in Yazı İşləri Müdiri Nilay Patel Twitter-də məsələ ilə  bağlı şərhində bildirib ki,  bu hadisələr  Apple-ın  artıq monitor istehsal etməyəcəyini göstərir:

“Bu məqamda  Apple meydanı əməkdaşlıq etdiyi LG-yə buraxıb. LG-nin Thunderbolt  3 dəstəkli 5K 27 düym monitorlarını dekabr ayında bazara təqdim etməsi gözlənilir”.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə